EN

Qalatasaray”dan 7 milyonluq transfer: Bu gün Türkiyəyə gəlir

BAKI, 4 fevral. TELEQRAF

Türkiyə təmsilçisi “Qalatasaray” Portuqaliyanın “Casa Pia” klubunda çıxış edən 18 yaşlı futbolçu Renato Nhaqanın transferi ilə bağlı razılıq əldə edib.

Teleqraf “Transfermarkt”a istinadən xəbər verir ki, oyunçunun bu gün Türkiyəyə gəlməsi və yeni komandasının “İstanbulspor”la oyununu stadiondan izləməsi gözlənilir.

Razılaşmaya əsasən, “Qalatasaray” “Casa Pia”ya təxminən 7 milyon avro transfer haqqı ödəyəcək. Portuqaliya təmsilçisi isə futbolçunun növbəti satışından 10 faiz pay alacaq.

Renato Nhaqanın “Qalatasaray”la 4,5 illik müqavilə imzaladığı, illik maaşının isə 600–800 min avro civarında olacağı bildirilir.

Qeyd edək ki, hazırda bazar dəyəri 1 milyon avro göstərilən Renato Nhaqa bu mövsüm “Casa Pia” forması ilə 21 oyunda meydana çıxıb və 3 qola birbaşa töhfə verib. 18 yaşlı yarımmüdafiəçinin klubu ilə mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədə idi.

Chosen
24
teleqraf.com

1Sources