EN

İrəvan rəsmən təsdiqlədi: Yeni Konstitusiya bu tarixdə hazır olacaq

Ermənistanın yeni Konstitusiyasının mətni növbəti altı ay ərzində hazır olacaq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, işin yekun xülasəsi mart ayı üçün planlaşdırılır və müəyyən edilmiş son tarixlər yenidən nəzərdən keçirilməyəcək.

Nazir vurğulayıb ki, "İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Əvvəllər müəyyən edilmiş müddətlərdən kənara çıxmayacağıq. O vaxta qədər dərc edəcəyimiz mətn hazır olacaq".

Qalyan qeyd edib ki, yeni Konstitusiyanın mətninin yekunlaşdırılması nazirliyin prioritet fəaliyyət sahələrindən biridir.

Chosen
16
1
publika.az

2Sources