EN

180 minə yaxın gənc könüllü olmaq üçün DOST agentliyinə müraciət edib - Aygün Musayeva

Bakı.Trend:

İndiyədək 180 minə yaxın gənc könüllü olmaq üçün DOSTagentliyinə müraciət edib. Onlardan 7 minindən çoxu DOSTagentliyində könüllülüyə qəbul edilib.

Trend xəbərverir ki, bu fikirləri bu gün DOST Agentliyinin İdarə Heyətininsədr müavini Aygün Musayeva Azərbaycan Gəncləri Günü münasibətiləAzərbaycan Respublikasının Gənclər Fondu, DOST Agentliyi və DOSTİnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən keçirilənəlilliyi olan gənclər üçün motivasiya platforması çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, DOST İİYM həssas əhali qruplarından olangənclərin, o cümlədən əlilliyi olan şəxslərin potensialının üzəçıxarılması, ictimai fəallığının artırılması, şəxsi bacarıqlarınıngenişləndirilməsi baxımından fəaliyyət göstərən təşkilatdır.

“GəncTALKS” 2026 tədbirinin DOST İİYM-də keçirilməsi məzmunbaxımından əhəmiyyət kəsb edir. Gənclər günü Bu gün Ümumilli LiderHeydər Əliyevin təşəbbüsü ilə təsis edilib.

DOST agentliyi müxtəlif layihələrlə çıxış etməkdədir. Əlilliyiolan gənclərin sosial-iqtisadi aktivliyi ilə bağlı növbəti layihəhazırda həyata keçirilir. Bu layihə DOST və Dövlət MəşğulluqAgentliyinin birgə icra etdiyi layihədir. Burada əlilliyi olanşəxslərin bacarıqlarının üzə çıxarılması və gələcəkdə onlarınməşğulluq imkanlarının genişləndirilməsi hədəflənir. Bu layihəçərçivəsində artıq orta və ali təhsil müəssisəsində təhsil almış vəalmaqda olan gənclər arasında məlumatlandırılma həyatakeçirilir”.

Chosen
37
az.trend.az

1Sources