EN

Taleh Kazımov: Ölkəmiz qlobal iqtisadi müharibədən demək olar ki, kənarda qalıb".

Taleh
"Azərbaycan hökuməti və siyasi rəhbərliyin fəaliyyəti sayəsində ölkəmiz qlobal iqtisadi müharibədən demək olar ki, kənarda qalıb". 1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
O vurğulayıb ki, ölkə iqtisadiyyatına birbaşa təsir yoxdur, lakin qlobal müharibədə iştirak edən ölkələrdə inflyasiyanın yüksəlməsi idxal məhsullarının qiymətinə təsir edə bilər.

"AMB olaraq bu prosesləri daim izləyirik. Təkcə bizim deyil, bütün ölkələrin mərkəzi banklarının inflyasiya ilə mübarizə üçün alətləri mövcuddur. Yenə də hesab edirik ki, qlobal ticarətdəki vəziyyət ticarət tərəfdaşlarımızda inflyasiyanın artımına təsir göstərəcək".

Chosen
46
1news.az

1Sources