EN

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

 

Senzor.az bildirir ki, bu barədə ADY-dən məlumat verilib.

 

Məlumata görə, qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-da yola düşəcək.

 

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

 

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Chosen
69
47
senzor.az

10Sources