EN

Yuri Vernidub yeni qərar verdi, “Neftçi”nin futbolçuları sevincdən uçdu!

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub yeni qərarıyla futbolçuları sevindirib.

Ukraynalı mütəxəssis «Araz-Naxçıvan»la matçdan sonra oyunçularının istirahət müddətini artırıb.

59 yaşlı çalışdırıcı bildirib ki, bundan sonra qazanılacaq hər qələbədən sonra komandaya 1 deyil, 2 günlük dincəlmək imkanı yaradacaq.

Ötən ilin dekabrında görəvə gəlmiş sükançı deyib ki, kollektivin ab-havasını qaldırmaq üçün bu cür jestlər etməyi xoşlayır. O, vaxtilə Çempionlar Liqasına çıxardığı «Şerif»də də bu təcrübədən yararlandığını söyləyib.

«Ağ-qaralar» Premyer Liqanın 18-ci turunda Mərdəkanda «Araz»ın önünə çıxıb. Paytaxt təmsilçisi 4 cavabsız qolla nominal ev sahiblərinə qalib.

Beləcə, xal ehtiyatını 24-ə çatdıran «Neftçi» turnir cədvəlində yeddinci pilləyə yüksəlib.

SPORTİNFO.AZ

Chosen
29
sportinfo.az

1Sources