EN

Tarixdə ilk: İlon Maskın sərvəti 800 milyardı keçdi

Dünyanın ən varlı insanının sərvəti son altı ayda ən azı 500 milyard dollar artmaqla 852 milyarda çatıb.

Herbiand.az bildirir ki, bu barədə Forbes jurnalı yazıb.

Məlumata görə, İlon Maskın sərvətindəki bu artım SpaceX raket şirkətinin özünə məxsus olan xAI şirkətini əldə etdikdən sonra qeydə alınıb. Bu sövdələşmə sahibkarın sərvətini 84 milyard dollar artıraraq ümumi sərvətini rekord həddə - 852 milyard dollara çatdırıb.

Son aylarda İlon Maskın sərvəti artıq üç dəfə yeni tarixi mərhələyə çatıb. Oktyabr ayında DOGE-dən çıxması və Teslanın səhm qiymətinin artması fonunda 500 milyard dollarlıq sərvətə sahib olan ilk şəxs olub. 15 dekabrda ilk dəfə 600 milyard dollarlıq həddi keçib. 20 dekabrda isə Maskın aktivləri 700 milyard dolları keçib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
22
25
herbiand.az

10Sources