EN

Epşteyn Makron barədə nə yazıb?- "Şillə ilə vurulmaqdan həzz alır"

İnsan alverində ittiham olunan Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə maliyyəçinin Fransa prezidenti Emmanuel Makron haqqında şəxsi düşüncələrini bölüşdüyü yazışmalar yer alır.

AzPost bildirir ki, Epşteyn Fransa liderinin şəxsiyyəti ilə bağlı öz qiymətləndirməsinə əsaslanaraq yazır ki, Makron üzünə şillə vurmaqdan həzz alır.

26 may 2019-cu il tarixli anonim müxbirə ünvanlanan elektron poçtda Epşteyn yazıb: “Mənə deyildi ki, millətçilərin daha çox yeri olacaq, amma daha çox təsir gücü olmayacaq?” (Fransada seçkilər nəzərdə tutulur-red) Sonrakı mesajda o əlavə edib: “Alman mənbələrim deyir ki, bu, Makron üçün üzünə şillə vurmaq kimi idi. Amma onu tanıdığım üçün deyərdim ki, yəqin ki, bundan həzz alıb”.

15 yanvarda Emmanuel Makronun Fransa hərbçiləri qarşısında çıxışı zamanı sağ gözünün qırmızı və iltihablı olması suallar doğurub. Bir gün sonra prezident göz problemləri səbəbindən bir müddət günəş eynəyi taxmaq məcburiyyətində qalacağını açıqlayıb.  The Daily Mail qəzeti London oftalmoloqu Mphaso Hovenin fikrinə istinadən Makronun göz nahiyəsindəki gematomanın üzə dəyən zərbənin nəticəsi ola biləcəyini  yazıb.

AzPost.az

Chosen
27
2
azpost.info

3Sources