EN

Keçən il Türkiyə limanları 414 mindən çox yük qəbul edib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin dekabr ayında Türkiyə limanları 37 milyon 532 min 442 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 139 min 129 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 35 milyon 393 min 313 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin dekabr ayında Türkiyə limanlarından 6 milyon 2 min 394 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- dekabr aylarında Türkiyə limanları 414 milyon 429 min 560 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 831 min 352 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 385 milyon 598 min 208 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- dekabr aylarında Türkiyə limanlarından 69 milyon 157 min 356 ton transit yük daşınıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar - dekabr ayında Türkiyə limanları 62 min 656 gəmi qəbul edib.

Məlumata görə, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 21 min 907, Türkiyə bayrağı altında olan gəmilər isə 40 min 749 olub

bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 526 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 108 olub.

Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 634 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 526 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 108 olub.”, - deyə nazirlikdən bildirilib.

Chosen
61
turkic.world

1Sources