EN

Güclü qar yağması nəticəsində Yaponiyada ölənlərin sayı 30-a çatıb

Yanvarın 20-dən bəri yağan güclü qarla əlaqəli hadisələrdə 100-dən çox insan yaralanıb. Özünümüdafiə Qüvvələri Aomori şəhərində təxminən iki metr dərinliyindəki qar yığınının təmizlənməsi üçün hakimiyyət orqanlarına kömək edir. Bu arada, təxminən 1000 qartəmizləyici maşın Sapporoda 2300 mil uzunluğunda yollardan qar təmizləməyə başlayıb.

Ötən həftə güclü qar yağması səbəbindən Hokkaydo hava limanı və bir neçə magistral yol müvəqqəti olaraq bağlanıb. Qatar xidməti də təxirə salınıb.

Yanvarın 28-də The Guardian qəzeti ABŞ-da güclü qış fırtınası səbəbindən 40-dan çox insanın öldüyünü bildirib. Soyuqdan təsirlənən ondan çox ştatda ölüm halları qeydə alınıb.

Əziz MUSTAFA

Chosen
24
1
oxumeni.az

2Sources