EN

"400–450 milyon dollarlıq valyuta bazarda satılmadı, Maliyyə Nazirliyinə transfer edildi"

"Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin təxminən 400 milyon ABŞ dolları həcmində valyuta bazarda satılmamışdır, çünki bu məbləğ üzrə tələbat formalaşmamışdır. Həmin vəsait valyuta şəklində Maliyyə Nazirliyinə transfer edilmişdir".

Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

"Dəqiq rəqəm hazırda yadımda olmasa da, transfer göstəricilərinə baxmaqla bu məbləği dəqiqləşdirmək mümkündür. Ümumilikdə, təxminən 400–450 milyon ABŞ dolları həcmində vəsait bazarda satılmamış, həmin məbləğ Neft Fondu tərəfindən dollar şəklində xəzinəyə transfer olunmuşdur",- Taleh Kazımov deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) 2025-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 14 milyard 481 milyon manat (rəsmi məzənnə ilə 8 milyard 518,2 milyon ABŞ dolları) nəzərdə tutulmuşdu. 2025-ci il ərzində də ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 milyard 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Mərkəzi Bankın sədri bildirib ki, ötən il ərzində ümumilikdə valyuta təklifi tələbi üstələmişdir. Aylıq orta göstəricilərə əsasən, təklif təxminən 70 milyon ABŞ dolları, tələb isə 54 milyon ABŞ dolları səviyyəsində olmuşdur:

"2025-ci ilin yekunlarına görə, fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da təklif üstünlük təşkil etmişdir. Nəticədə banklar tərəfindən təxminən 423 milyon ABŞ dolları həcmində xalis valyuta alışları həyata keçirilmişdir. Bu da əhalinin banklara daha çox valyuta satdığını göstərir.

Valyuta bazarında təklif orta hesabla 50–400 milyon ABŞ dolları intervalında olmuşdur. Onu da qeyd edim ki, ilin nəticələrinə əsasən nağd fiziki şəxslərin valyuta əməliyyatlarında da təklif tələbi üstələmişdir. Nəticə etibarilə, xalis şəkildə banklar tərəfindən 423 milyon ABŞ dolları həcmində daha çox valyuta alınmışdır. Yəni, əhali banklara 423 milyon ABŞ dolları məbləğində daha çox valyuta satmışdır".

Chosen
10
2
marja.az

3Sources