EN

Benzin və dizelin qiymət artımının inflyasiyaya təsiri açıqlanıb

Ötən ilin sonunda benzin və dizel yanacağının qiymətinin artırılmasının illik inflyasiyaya birbaşa təsiri 0,31%, dolayı təsiri isə 0,33% səviyyəsində qiymətləndirilir.

APA-Economics” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Beləliklə, qiymət artımının inflyasiyaya ümumi artırıcı təsiri 0,64% təşkil edir.

Chosen
30
7
apa.az

8Sources