2009-cu ilin avqust ayı, Meksikanın Monterre şəhəri. "Fiesta Inn" otelinin qarşısında gənc qadın dayanıb. Üst-başı dağınıq, gözlərində isə dərin qorxu və çarəsizlik var. Bu, 21 yaşlı model Qabriela Riko Himenez idi. Onun həmin anlarda kameralara düşən görüntüləri sadəcə emosional partlayış deyil, illərdir cavabı tapılmayan böyük müəmmanın başlanğıcı oldu.
Qabriela polis və ətrafdakıların gözü qarşısında sanki "cəhənnəmdən" qaçıbmış kimi qışqırırdı. Onun dedikləri sadə insanın təsəvvürünə sığacaq şeylər deyildi: "Məni buraxın, mən azadlıq istəyirəm! Onlar insanları öldürür, ətini yeyirlər!" Gənc modelin hədəfində dünyanın ən varlı adamlarından biri olan Karlos Slim və bir neçə nüfuzlu siyasətçi var idi. O, elit təbəqənin iştirak etdiyi qanlı rituallardan, qurban kəsilən insanlardan bəhs edirdi.
O dövrdə bu çıxış Meksika mətbuatında "modelin psixoloji böhranı" kimi qələmə verildi. Lakin Qabrielanın o gecə polis maşınına mindirilərək aparılması, onun azad şəkildə görüldüyü son an oldu. Rəsmi qurumlar onun psixiatriya xəstəxanasına yerləşdirildiyini desələr də, keçən 17 il ərzində nə bir foto, nə bir video, nə də ailəsindən real açıqlama gəldi.
Bu gün, 2026-cı ilin reallıqları fonunda Himenezin dedikləri artıq o qədər də "sayıqlama" kimi görünmür. Xüsusilə son illərdə dünyanı sarsıdan bəzi gizli şəbəkələrin ifşası, Qabrielanın o vaxtkı fəryadını yenidən gündəmə gətirib. İnsan istər-istəməz düşünür: 21 yaşlı gənc qadın həqiqətənmi xəstə idi, yoxsa görməməli olduğu mənzərənin şahidi olmuşdu?
Meksika polisi bu işi çoxdan arxivə atıb. Lakin internetin yaddaşı və Qabrielanın o pərişan baxışları hələ də insanları eyni sual ətrafında birləşdirir: O gecə otel otaqlarında nə baş vermişdi və Qabriela indi haradadır? Görünən odur ki, bu hekayənin sonu hələ yazılmayıb və bəlkə də heç vaxt tam aydınlanmayacaq.
İslam