Özbəkistanda xarici döyüşlərdə iştirakla bağlı çağırışlar qadağan edilir.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası məlumat yayıb.
Özbəkistan hakimiyyəti zorakılıq və hüquq pozuntuları ilə bağlı ictimai məzmun üzərində nəzarəti kəskin gücləndirir.
Fevralın 3-də ölkə parlamentinin aşağı palatası vətəndaşların xarici ölkələrdəki döyüş əməliyyatlarına cəlb edilməsinə (verbovkasına) görə İnzibati Məsuliyyət Məcəlləsinə dəyişiklikləri birinci oxunuşda qəbul edib.
Yeni normalar xaricdəki hərbi münaqişələrdə iştirakla bağlı reklamların yayılmasına və şəxsi hüquq pozuntularının kütləvi təbliğinə görə cərimələri nəzərdə tutur.
Qəbul edilən dəyişikliklərə əsasən, xarici dövlətin ərazisində və ya onun tərəfində silahlı münaqişələrdə iştirakı təşviq edən materialların nümayişi və paylanması qadağan olunur.
Bu qadağa həm çap məhsullarına (oflayn), həm də KİV və internetdə yerləşdirilən materiallara şamil edilir.
Xuraman Etibarlı
İnterpress.az