EN

Federasiya rəsmisiÇelenc Kubokuna təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq oyuna təyinat alıb.

Fanat.Az xÉ™bÉ™r verir ki, mÉ™lumatı AVF-nin mÉ™tbuat xidmÉ™ti yayıb. 

Federasiya rəsmisi qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın "Panionios" və Kiprin "Olimpiada Neapolis" komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək.

Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.

Chosen
19
7
fanat.az

8Sources