ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
İcra Hakimiyyətlərində gedən struktiur dəyişikliyi əsasında Abşeronda da bir neçə şöbə ləğv olunub, əvəzində sektorlar yaradılıb.
Mia.az-ın əldə etdiyi məlumata gərə, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv olunub. Bundan başqa, Sənədlərlə və vətəndaşların müraciətləri sektoru yaradılıb.
Bundan başqa, İH-nin bəzi vəzifəli şəxsləri haqqında yeni təyinatlar olub.
Həmçinin, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub. İxtisardan sonra şöbənin iki məsləhətçisindən hansının postunu itirdiyini dəqiqləşdirə bilmədik.
İnformasiyanı tam dəqiqləşdirdikdən sonra xəbər yenilənəcək.
F.Səfərli
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.