ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Kolumbiya pPezidenti Qustavo Petro amerikalı həmkarı Donald Trampa ölkə xaricində yaşayan narkobaronların siyahısını verdiyini və onları təqib etmək üçün birgə səylər göstərilməsi çağırış etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Petro narkotik qaçaqmalçılığı ilə bağlı əsas şəbəkələrin Dubayda, Madriddə və Mayamidə yerləşdiyini söyləyib.
Prezident Trampa narkobaronlar və onlarla əlaqəli şəxslərin adlarını təqdim etdiyini deyib:
“Əsas qruplaşma liderləri bu şəhərlərdə yaşayır. Onların pulları Kolumbiya xaricindədir və hər birini müxtəlif ölkələrin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq çərçivəsində birgə təqib etmək lazımdır. Transmilli narkotik ticarətinə qarşı qələbə qazanmaq üçün əvvəlcə cinayətkar şəbəkələrin liderlərini həbs etmək lazımdır. Onların arasında kolumbiyalılar da var, lakin əksəriyyət təşkil etmirlər”.
Qeyd edək ki, Donald Tramp və Qustavo Petro fevralın 3-də Ağ Evdə danışıqlar aparıblar.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.