2026–2027-ci illər üzrə iqtisadi artım və cari əməliyyatlar balans proqnozları açıqlanıb. 1news.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib. Taleh Kazımov deyib ki, “2026-cı ildə ümumi daxili məhsul (ÜDM) artımı 2,4%, qeyri-neft-qaz sektoru üzrə ÜDM-in artımı isə 4% səviyyəsində proqnozlaşdırılır”. O əlavə edib: “2027-ci ildə isə ÜDM üzrə artımın 2,9%, qeyri-neft-qaz sektoru üzrə artımın isə 4,3% təşkil edəcəyi gözlənilir”.
Taleh Kazımov qeyd edib ki, cari əməliyyatlar balansının (CƏB) proqnozu orta müddətdə müsbət olaraq qalır və bu il CƏB profisitinin 2,8–3 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir. “Proqnozlarda neftin bir barelinin orta qiyməti 64 ABŞ dolları, qazın isə 269 ABŞ dolları səviyyəsində nəzərdə tutulur”.
“2027-ci ildə isə CƏB profisitinin 2,7–2,8 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir”, – deyə o vurğulayıb.