EN

Qumral: “Mən o sözü elə “cütləşmək” bilirdim”

Qumral Musayeva  ona qoyulan qadağalara baxmayaraq, Niyaməddin Musayevin  “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını yenidən  ifa edib.

Adalet.az bildirir ki, müğənni sözügedən mahnını Niyaməddin Musayevdən sonra ən yaxşı özü ifa etdiyini söyləyib:

“Mənə heç bir qadağa qoyulmayıb. Razıyam, bu mahnının möhürü Xalq artisti Niyaməddin Musayev  vurub. Ancaq mən də bir gənc ifaçı kimi heç də pis oxumamışam. Ondan sonra bu mahnını ən gözəl özüm ifa etmişəm. Mən səhv söylədiyim sözə görə üzr istədim. Amma mən elə o sözü  “çütləşmək” bilirdim. Özüm də o sözü istifadə edirəm. Məsələn “ayaqqabını çütlə”. İndi kimin ağlı işləyir elə danşır. Mən onu pis yerə yozmamışam. Mən orta məktəbdə rus bölməsini bitirmişəm. Ona görə də hansısa sözü bilməyə bilərəm. Səhv ifadəmə görə üzr istəyirəm”.

Əntiqə

Chosen
28
1
adalet.az

2Sources