"2025-ci ilin sonuna dair proqnozlarımıza əsasən, cari əməliyyatlar balansının profisiti 3,1 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir".
Marja.az -ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
Taleh Kazımov deyib ki, Cari əməliyyatlar balansı üzrə orta müddətli proqnozlarımız da müsbətdir: "2026-cı ildə cari əməliyyatlar balansının profisiti təxminən 2,8–3,0 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Burada qeyd etmək istərdim ki, 2026-cı il üçün bir barel neftin orta qiyməti 64 ABŞ dolları, təbii qazın isə min kubmetr üzrə orta qiyməti 269 ABŞ dolları səviyyəsində götürülür.
2027-ci ildə də cari əməliyyatlar balansının profisitinin təxminən 2,7–2,8 milyard ABŞ dolları olacağı gözlənilir. Bu il üçün neftin və qazın orta qiymətləri müvafiq olaraq 65 ABŞ dolları və 254 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır".