Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin yeni vəzifələri müəyyənləşib.
"Yeni Sabah" milli.az-a istinadla xəbər verir ki, Teymur Səmədov başçının birinci müavini, Akif Quluyev isə başçının müavini kimi fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.
Amma başçının aşağıdakı digər üç müavininin vəzifələri isə yenilənib:
- Ülviyyə Müzəffərova - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri (əvvəllər: İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri),
- Fəzail Hüseynov - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri (əvvəllər: Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri),
- Fərid Ələkbərov - Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin müdiri (əvvəllər: Şəhər təsərrüfatı şöbəsinin müdiri).
Qeyd edək ki, bir müddət əvvəl respublika üzrə şəhər və rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib və buna əsasən, Sumqayıt ŞİH-in aparatında 64 ştat vahidi müəyyənləşib.
Telegram kanalımız