Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanda sosial təminat sisteminin rəqəmsallaşması artıq statistik rəqəmlərdə özünü daha aydın büruzə verməyə başlayıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı son məlumatlar göstərir ki, təkcə bu ilin yanvar ayında 3 min 754 nəfər yaşa görə əmək pensiyasına məhz proaktiv qaydada çıxıb. Yəni, bu şəxslər nə hansısa qurumun qapısını döyüb, nə də sənəd toplamaq üçün vaxt itiriblər. Belə ki, sistem onların hüququnu avtomatik tanıyıb. Proaktiv qaydanın mahiyyəti də məhz budur.Demokrat.az bildirir ki, pensiya təyin olunanların 63,43 faizi kişilər, 36,57 faizi isə qadınlardır. Bu fərq təkcə demoqrafik göstəricilərlə bağlı deyil. Burada əsas amil qadınların pensiya yaşının mərhələli şəkildə artırılması prosesidir. Hazırda qadınlar üçün yaş həddi 63 yaş 6 ay (1 iyul 2024 - 30 iyun 2025 dövrü üçün) olduğu halda, kişilər artıq 65 yaş limitində sabitləşiblər. 2026-cı ilə doğru bu fərq tamamilə aradan qalxdıqca, proaktiv təyinat sayında gender balansı dəyişəcək.Qeyd edək ki, deputat Vüqar Bayramov bildirib ki, 2026-cı ildə orta aylıq pensiyanın təxminən 590 manat, yaşa görə orta pensiyanın isə 629 manat olacağı proqnozlaşdırılır. Bu göstəricilər 2025-ci illə müqayisədə 7,9 faizdən çox artım deməkdir. Yəni, pensiyaçı 400 manat pensiya alırsa, onun pensiyası təxminən 37 manat artacaq və fevralda həm yeni məbləği, həm də yanvarın 37 manatlıq fərqini birlikdə alacaq.İslam
Demokrat.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.