EN

Kolumbiya donanmasına yerli istehsal olan ilk patrul gəmisi verilib

Kartaxenadakı “Bolivar” hərbi-dəniz bazasında yerli gəmi istehsalçısı COTECMAR tərəfindən rəsmi olaraq “Julio” (de Julio) ilk okean patrul gəmisi milli donanmaya təhvil verilib.

Herbiand.az bildirir ki, bu, bu günə qədər tamamilə Kolumbiyada layihələndirilən və inşa edilən ən böyük hərbi gəmidir.

Gəminin uzunluğu 93 metr, eni 14 metr, suya oturma dərinliyi 3,9 metrdir. “Julio” gəmisi həm Karib dənizi, həm də Sakit okean sularında patrul, müşahidə, ələ keçirmə və axtarış-xilasetmə missiyaları da daxil olmaqla uzunmüddətli dəniz təhlükəsizliyi əməliyyatları üçün nəzərdə tutulub. Arxa platforma orta ölçülü helikopterləri yerləşdirməyə qadirdir, lakin daimi anqar yoxdur.

Bəxtiyar CƏFƏRLİ

Chosen
15
herbiand.az

1Sources