EN

“Sabah” Mbinanı TRANSFER ETDİ

18 turdan sonra Premyer Liqada turnir cədvəlinə başçılıq edən "Sabah" "transfer pəncərəsi"nin bağlanmasına az qalmış növbəti oyunçu ilə anlaşıb.

Bizim.Media xəbər verir ki, Orpe Mbina artıq Masazır təmsilçisinin yeni simasıdır.
 

O, qabonludur və 25 yaşı var. 2023-cü ildən etibarən ölkəsinin əsas millisinə dəvət alan forvard hazırda Bakıdadır. 1.78 sm boya malik ön xətt oyunçusu müqavilə ilə "Maribor"a məxsusdur.


2024-cü ildən Sloveniya klubuna keçən Mbina son 1 ili Portuqaliyada keçirib, "Uniao de Leyria"nın formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
21
bizim.media

1Sources