Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Leobank Wolt çatdırılma xidməti ilə birgə kampaniyaya start verib.
"Unikal" xəbər verir ki, kampaniya çərçivəsində müştərilər ödənişsiz Wolt+ abunəliyi əldə edə bilərlər. Şərtlər və qaydalar kartın növündən və müştəri statusundan asılı olaraq dəyişir.
Leobank VIP müştəriləri üçün ödənişsiz Wolt+ abunəliyi
Leo Prime kart sahibləri kampaniya çərçivəsində 12 aylıq ödənişsiz Wolt+ abunəliyi əldə edə bilərlər. Bu abunəlik müştərinin Leobank tətbiqində aldığı şəxsi link vasitəsilə aktivləşdirilir.
Digər Leobank müştəriləri üçün ödənişsiz Wolt+ abunəliyi
Leo Black və Leo Uşaq kartı sahibləri ödənişsiz 3 aylıq Wolt+ abunəliyi əldə edə bilərlər.
Kampaniyada iştirak etmək üçün müştərilər Leobank tətbiqində təqdim olunan sadə bir tapşırığı yerinə yetirməlidirlər. Tamamlandıqdan sonra 3 aylıq Wolt+ abunəliyini aktivləşdirmək üçün promokod alırlar.
Kampaniyanın vacib şərtləri
Promokod yalnız aktiv Wolt+ abunəliyi olmayan və son 60 gündə abunə olmayan istifadəçilər üçün keçərlidir.
Wolt+ abunəliyi istifadəçilərə aşağıdakıları təqdim edir:
seçilmiş mağaza və restoranlardan sifarişlərdə 0 AZN çatdırılma haqqı;
Wolt tətbiqində əlavə endirimlər və bonuslar;
abunəçilər üçün eksklüziv şərtlər.
Kampaniyaya Leobank müştəriləri üçün mobil tətbiq vasitəsilə əlçatandır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.