EN

Masallıda məktəbdə yanğın

Masallı rayonunda yanğın olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində qeydə alınıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən yanğınla bağlı bildirilib ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Xəlil Əliyev

Chosen
4
3
unikal.az

4Sources