EN

Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar aşkarlandı

BAKI, 4 fevral. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçirib.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sex “Okeanus” MMC-yə məxsus olub.

"İstehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin obyektdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir.

Baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsala verildiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq edilib, icrası məcburi göstərişlər verilib", -məlumatda qeyd olunub.

Chosen
30
6
teleqraf.com

8Sources