EN

"Şərqi Azəri"də yeni çoxşaxəli quyunun qazılması planlaşdırılır- bp

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlarbloku üzrə “Şərqi Azəri” platformasında yeni çoxşaxəli quyununqazılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu bp-ninAzərbaycan-Gürcüstan-Türkiyə regionunda quyular üzrəvitse-prezidenti Rassel Morris Bakıda keçirilən "IADC DrillingCaspian 2026" konfrans və sərgisində bildirib.

“AÇG yatağından neftin maksimal hasilatı üçün laylara mümkünqədər çox giriş nöqtəsinə ehtiyac var. Əgər bu quruda yerləşənyataq olsaydı, resurslardan tam istifadə etmək üçün hər yerdəquyular qazılardı. Dəniz şəraitində isə bu yanaşma mümkün deyil,buna görə də çoxşaxəli quyu texnologiyası tətbiq olunur”, – deyəvitse-prezident qeyd edib.

O bildirib ki, hazırda C44 çoxşaxəli quyusunun qazılması davamedir, 2026-cı ildə isə “Şərqi Azəri” platformasında daha bir beləquyu qazılması nəzərdə tutulur.

“Səmərəliliyin artırılması üçün müxtəlif texnologiyalardan, ocümlədən yan lülənin qazılmasından istifadə olunur. Proqramın əsasxüsusiyyəti ondan ibarətdir ki, mövcud quyular saxlanılmaqla əlavəyan lülələr yaradılır və onlar ilkin quyu ilə birlikdə hasilataverilir. Bu yanaşma mövcud quyuların məhsuldarlığını qorumaqlayanaşı, yatağın resurslarından maksimum istifadə etməyə imkanverir”, – deyə R. Morris vurğulayıb.

Qeyd edək ki, Bakıdan təxminən 100 km şərqdə yerləşən“Azəri–Çıraq–Günəşli” yatağı Azərbaycan sektorunda Xəzər hövzəsininən iri neft yatağıdır.

Məqalədə:
Chosen
43
az.trend.az

1Sources