EN

Gəncədə oxuyan tələbənin Bakıda itkin düşməsi ilə bağlı DETALLAR

Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsinin Bakıda itkin düşməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, 2007-ci il təvəllüdlü Abidinov Vasif Elnur oğlundan iki gündür xəbər yoxdur.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıya qonaq gələn tələbə itkin düşdü


Qeyd olunan məlumatlara görə, Gəncədə təhsil alan Vasif tətili Bakıda keçirmək üçün əmisigilə qonaq gedib. Onun iki gün əvvəl Günəşli parkında göründüyü bildirilir. Ondan sonra Vasifdən xəbər yoxdur. Hadisə ilə bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 19 yaşlı şəxs barəsində axtarış elan edilib. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bizim.Media-nın yerli bürosu Azərbaycan Dövlət Aqrar Universiteti ilə əlaqə saxlayıb.

Qurumun Media və İctimaiyyətlə Əlaqələrə şöbəsindən bildirilb ki, universitetdə Abidinov Vasif Elnur oğlu adlı tələbə təhsil almır.
 

Məsələ ilə bağlı Gəncə Dövlət Universiteti ilə əlaqə saxladıq. Bu təhsil müəsisəsinin də İctimaiyyətlə Əlaqələrə şöbəsindən bildirdilər ki, Abidinov Vasif Elnur oğlu adı çəkilən universitetdə təhsil almır.


Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətindən bildirilib ki, Abidinov Vasif Elnur oğlu univerisitetin Şərabçılıq ixtisasında 2-ci kürsda təhsil alır.

Təhsil müəssisəsindən onu da bildirdilər ki, hazırda univeristetdə imtahan sessiyası dövrüdür.
Adı qeyd olunan tələbələ bütün imtahanları uğurla verib və hər hansı kəsiri olmayıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
35
bizim.media

1Sources