EN

"Günorta efirdəyik"-də təsirli anlar yaşandı...

MTV kanalında yayımlanan, sonsuz tamaşaçı rəğbəti qazanan "Günorta efirdəyik" proqramında təsirli anlar yaşandı. Peşəkar teleaparıcı Lamiyyə Ələkbərqızının təqdimatında tamaşaçıların görüşünə gələn "Günorta efirdəyik" də uzun illərdir efirdə görünməyən, dövrünün məhşur müğənnisi Yaqut Babayeva , əməkdar artist Zeynəb Behbudova gəlişi ilə izləyicilərdə nostalji ,retro duyğular yaşatdı. Digər qonaqlar jurnalist Alim Nəbioğlu, bəstəkar-müğənni Arif Səlimov xanım müğənnilərə dəstək olmaq üçün proqrama dəvət almışdı.

Alim Nəbioğlu ziyalı aparıcı Lamiyyə xanımı Milli Mətbuatın 150 illiyi münasibəti ilə ölkə başçımız tərəfindən yubiley medalı ilə təltif olunması münasibəti ilə təbrik edərək onu zamanın sözünü-sözün zamanında deyən aparıcı kimi dəyərləndirdi. Sənətdən inciyib uzaqlaşan Yaqut Babayeva dəvətə görə təşəkkürünü bildirərək oxuduğu mahnıları tamaşaçıya ərməğan etdi. Müğənni özü də kövrəldi. Zeynəb xanım da ifaları ilə tamaşaçılara ruh verdi. Arif bəy də bəstələdiyi mahnıları oxudu. Mahnı sözlərini düzgün oxuya bilməyən müğənnilər tənqid atəşinə tutuldu, kəskin müzakirələr getdi. Aparıcı Lamiyyə xanım həmkarlarına müraciət edərək belə yaddan çıxan müğənniləri efirlərinə dəvət etmələrini xahiş etdi.

Qeyd edək ki, əməkdar artist klarnet ifaçısı Şərbət Rzaquliyev də,uzun efir ayrılığından sonra məhz Lamiyyə xanımın təkidi ilə efirə qayıtmışdı. Kaş bütün teleaparıcılar Lamiyyə xanımın atdığı nəcib addımlardan bəhrələnib unudulan , unudulmaqda olan sənət adamlarını yada salıb onlara ikinci efir həyatı bəxş edəydi. Bu addımınıza, nəcib əməlinizə görə Lamiyyə xanım Sizə sonsuz təşəkkürümü bildirirəm. MTV kanalının rəhbərliyinə xüsusi minnətdarlığımı bildirirəm.

Alim Nəbioğlu

Chosen
12
1
oxumeni.az

2Sources