EN

AZIR indeksinin orta günlük səviyyəsi yanvarda 6,7 %-ə düşüb

Bu ilin yanvar ayında AZIR indeksinin orta günlük səviyyəsi yanvarda 6,7 %-ə düşüb.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. AMB başlıca əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Dekabrda uçot dərəcəsinin azalmasının təsiri ilə AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı 6,73 %-dən, cari ilin yanvarında 6,7 %-ə enib. 2025-ci ilin iyul və dekabr aylarında iki mərhələdə uçot dərəcəsinin toplam olaraq 0,5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub. Belə ki, son yarım ildə AMB-nin notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb", - deyə AMB bəyan edib.

Chosen
4
3
fed.az

7Sources