EN

AZIR indeksinin orta günlük səviyyəsi yanvarda 6,7 faizə enib - AMB

Bakı. Trend:

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər vəbank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir.Mərkəzi Bank başlıca olaraq əsas açıq bazar əməliyyatı olan 1həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərinAZIR indeksinə təsirini minimallaşdırıb.

Trend AMB-yəistinadən xəbər verir ki, təminatsız pul bazarında faizlər MərkəziBankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkətedir.

Bildirilib ki, dekabrda uçot dərəcəsinin azalmasının təsiri iləAZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib.

Vurğulanıb ki, 2025-ci ilin iyul və dekabr aylarında ikimərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsimaliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması iləmüşayiət olunub: “Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarınınvə dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatlacəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydəalınıb”.

Məqalədə:
Chosen
22
2
az.trend.az

7Sources