Bir neçə gündür xəstəxanaya yerləşdirilən Xalq artisti Şeyx Əbdül Mahmudovun görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə paylaşım edib.
O 82 yaşlı aktyora qısa müddətdə sağalmağı arzu edib:
"Onu xəstə yatağında görmək heç arzu olunan deyil. Yastığın yüngül olsun, sənətkar... Xəstəxana çarpayısı heç yaraşmır. Tezliklə ayağa qalxmağını arzulayıram"
Qeyd edək ki, Şeyx Əbdül Mahmudov bir neçə gün BAKU.WS-ə açıqlamasında səhhətində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirildiyini bildirib. Aktyor qeyd edib ki, bronxlarında iltihab, mədə-bağırsağınd ağrı var. Son zamanlar gəzən virusa da yoluxub.