EN

Tramp ABŞ-ın İranla danışıqlar apardığını təsdiqləyib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı jurnalistlərin suallarını cavablandırarkən Vaşinqtonun hazırda İranla birbaşa danışıqlar apardığını təsdiqləyib.

“Bəli, hazırda onlarla danışıqlar aparırıq”, – Tramp bildirib, lakin danışıqların formatı və detalları ilə bağlı əlavə açıqlama verməyib.

Trampın bəyanatı İran rəsmilərinin son günlər verdiyi yumşaldıcı açıqlamalar fonunda səslənib.

Fevralın 1-də İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqtonun “ədalətli və balanslaşdırılmış” nüvə razılaşmasına nisbətən qısa müddətdə nail ola biləcəklərini deyib.

Bundan bir gün əvvəl İranın Ali Rəhbərinin müşaviri, admiral Əli Şamxani bildirib ki, ABŞ tərəfindən qarşılıqlı addımlar atılacağı təqdirdə Tehran nüvə gərginliyini azaltmağa hazırdır. Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi səviyyəsini hazırkı 60 faizdən 20 faizə endirmək imkanını nəzərdən keçirə bilər.

Şamxani vurğulayıb ki, İranın nüvə proqramı yalnız dinc məqsədlər daşıyır və uranın yüksək səviyyədə zənginləşdirilməsi ölkənin milli təhlükəsizliyinin gücləndirilməsi, eləcə də beynəlxalq ictimaiyyətlə gələcək danışıqlarda mövqelərin möhkəmləndirilməsi məqsədi daşıyır.

İranın 60 faizə qədər uran zənginləşdirməsi Qərb ölkələri tərəfindən silah səviyyəsinə yaxın hesab olunur və bu, son illərdə Tehranla Vaşinqton arasında gərginliyin əsas səbəblərindən biri olaraq qalır.

Gülnar 

Chosen
5
50
anews.az

10Sources