Bakı. Trend:
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iləəlaqədar olaraq sürücülərdən, xüsusilə dağlıq və dağətəyiərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcədiqqətli olmaları xahiş olunur. İdarə etdikləri nəqliyyatvasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdəolmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqətyetirilməlidir.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)məlumat yayıb.
Bildirilir ki, əks təqdirdə nəqliyyat vasitələrinin hərəkətindəçətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələrtörədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər.
"Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yolistismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərəvaxtında çatmasına da əngəl yarada bilər.
Bu üzdən sürücülərə hava şəraitini nəzərə almağı və səfərəhazırlıqlı çıxmağı tövsiyə edirik", - qurumdan əlavə olunub.