EN

Məşhur musiqiçinin ailəsində faciə baş verdi

Məşhur britaniyalı rok musiqiçisi Mik Caqqerin qohumunun cəsədi dənizdə aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə "Page Six" portalı məlumat yayıb.

Söhbət musiqiçinin 33 yaşlı böyük nəvəsi Assizinin bir neçə gün əvvəl itkin düşmüş mülki nikahda olduğu həyat yoldaşı Aleksandr Kidən gedir.

Onun cəsədi Kornuoll qraflığının Bjud şəhəri yaxınlığındakı sahildə, suda tapılıb. Hadisə yerinə çağırılan polis və sahil mühafizəsi əməkdaşları dərhal kişinin həyat əlamətlərinin olmadığını müəyyən ediblər.

37 yaşlı Aleksandr sonuncu dəfə yanvarın 23-də Boskasl şəhərindəki pablardan birində görülüb. Devon və Kornuoll polisi onun axtarışını elan etmişdi.

Chosen
22
publika.az

1Sources