EN

4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günündə QHT sədrinin müraciəti

"Xərçəng xəstəlikləri uzun illərdir ki, bəşəriyyət üçün ən böyük qorxu mənbələrindən biri olaraq qalır. Bu diaqnoz təkcə tibbi termin deyil, həm də insanlarda qeyri-müəyyənlik, ümidsizlik və ölüm qorxusu yaradır. Dünyanın bir çox ölkəsində xərçənglə bağlı ictimai yanaşma hələ də təşviş və çarəsizlik hissləri ilə müşayiət olunur. Belə qorxu insanlarda xəstəliyə qarşı yanlış davranışlara, gecikmiş diaqnostikaya və müalicəyə gec başlamağa səbəb olur. Məhz bu səbəbdən xərçənglə mübarizə yalnız fərdi pasiyentlərin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətinə çevrilmişdir".

Bu fikirləri "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, son onilliklərdə xərçəngin erkən aşkarlanması, diaqnostika və müalicə sahəsində mühüm elmi irəliləyişlər əldə olunub. Müasir tibbin təqdim etdiyi qabaqcıl üsullar, innovativ dərman preparatları və fərdiləşdirilmiş müalicə modelləri bir çox hallarda həyat müddətini və keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Lakin bu nailiyyətlər təsadüfi deyil, uzunmüddətli elmi tədqiqatların və məqsədyönlü araşdırmaların nəticəsidir. Xərçənglə effektiv mübarizə yalnız davamlı elmi biliklər və resursların yönəldilməsi ilə mümkündür:

"Bu sahədə aparılan elmi tədqiqatlara və innovativ yanaşmalara maliyyə yatırımlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Araşdırmalara ayrılan vəsait yeni müalicə üsullarının yaradılmasına, pasiyentlərin həyat keyfiyyətinin yüksəldilməsinə və səhiyyə sistemlərinin gücləndirilməsinə xidmət edir. Eyni zamanda, bu investisiyalar cəmiyyətlərdə xərçəng qorxusunun azalmasına və xəstəliyə daha rasional yanaşmanın formalaşmasına töhfə verir".

Ardı var...

 

Pərvanə Fərhadqızı

Chosen
31
qht.az

1Sources