ABŞ Nigeriyaya kiçik hərbi kontingent göndərib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri general Daqvin Andersona istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyinə görə, bu addım ABŞ hərbçilərinin Nigeriyada mövcudluğunun ilk rəsmi təsdiqi olub. Məlumatda bildirilir ki, bu, iki ölkənin Qərbi Afrikada terror təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olub.
“Bu, ölkÉ™lÉ™rimiz arasında É™mÉ™kdaÅŸlığın möhkÉ™mlÉ™nmÉ™sinÉ™, o cümlÉ™dÉ™n ABÅž tÉ™rÉ™findÉ™n unikal imkanlar tÉ™qdim edÉ™n kiçik bir komandanın göndÉ™rilmÉ™sinÉ™ gÉ™tirib çıxardı”, – deyÉ™ Anderson bildirib.
General missiyanın miqyası və şəxsi heyətin sayı barədə məlumat verməyib.