ain.az bildirir, Bizimyol portalına istinadən.
ABŞ administrasiyası Venesueladan olan neft partiyasının satışından əldə edilən 500 milyon dolların bu ölkənin hakimiyyətinə köçürülməsini başa çatdırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Venesuela ölkə neftinin ilk satışından əldə edilən bütün 500 milyon dolları rəsmi şəkildə alıb”, – deyə rəsmi şəxs bildirib. O vurğulayıb ki, bu vəsaitlər “ABŞ hökumətinin qərarına uyğun olaraq Venesuela xalqının maraqları naminə bölüşdürülməlidir”. Satılan neftin dəqiq həcmi açıqlanmayıb.
Rəsmi şəxs əlavə edib ki, Vaşinqton gələcəkdə Venesuela neftinin satışından əldə olunan vəsaitləri ABŞ-da yaradılacaq xüsusi fonda köçürməyi planlaşdırır. Daha sonra bu vəsaitlər Amerika tərəfinin icazəsi ilə Venesuela hakimiyyətinə veriləcək.
Bolivar Respublikası prezidentinin səlahiyyətini icra edən Delsi Rodrigez yanvarın sonunda Venesuelanın neft satışından əldə edilən 500 milyon dolların “ilk 300 milyonunu” aldığını bildirmişdi. Agentliyin məlumatına görə, ABŞ indi qalan 200 milyon dolları da köçürüb.
ABŞ prezidenti Donald Tramp yanvarın 9-da Venesuela hakimiyyətinin ABŞ-a 30 milyon barrel neft verməyə razılaşdığını açıqlamışdı. Onun sözlərinə görə, bu neft partiyasının dəyəri 4 milyard dollar təşkil edir. Yanvarın 6-da isə Tramp Venesuelanın ABŞ-a satış üçün 30–50 milyon barrel neft verməyə razılaşdığını və bu əməliyyatdan əldə olunan gəlirlərə nəzarəti şəxsən özünün həyata keçirəcəyini bildirmişdi. O həmçinin vurğulamışdı ki, Venesuela bu razılaşma çərçivəsində neft satışından əldə etdiyi vəsaitlə yalnız ABŞ məhsulları alacaq.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.