ABŞ Prezidenti Donald Tramp hökumətin qismən bağlanmasına son qoymaq üçün Konqresdə qəbul edilmiş qanun layihəsini imzalayıb. Bununla da ölkədə şənbə günündən etibarən davam edən qismən şatdaun dayandırılıb.
APA-nın məlumatına görə, Donald Tramp sənədi Ağ Evdə imzalayıb. Prezident bildirib ki, federal hökumətin dərhal fəaliyyətini bərpa etməsindən məmnundur.
“Federal hökumətin dərhal yenidən açılması və maliyyə ilinin qalan hissəsi ərzində əməliyyatların böyük əksəriyyətinin maliyyələşdirilməsi üçün Birləşdirilmiş Təsisatlar Qanununu imzalamaqdan çox məmnunam”, – deyə Tramp qeyd edib.
Qanun layihəsi ötən cümə günü Senat, bu gün isə Nümayəndələr Palatası tərəfindən səs çoxluğu ilə qəbul edilib.