BAKI, 4 fevral. TELEQRAF
Türkiyənin "Fənərbağça" klubu Yusif En-Nesiri ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında futbolçunun müqaviləsinə xitam veriblər.
28 yaşlı hücumçu 2024-cü ilin yayından İstanbul təmsilçisinin formasını geyinirdi. En-Nesirinin "Fənərbağça" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədə idi.
Məlumata görə, Yusif En-Nesirinin karyerasını Səudiyyə Ərəbistanında və ya Rusiyada davam etdirməsi gözlənilir.