EN

Yunanıstanda miqrantları daşıyan qayığın saxlanılması zamanı 14 nəfər həlak olub

Bakı. Trend:

Yunanıstan Sahil Mühafizəsinin Xios adası yaxınlığında qanunsuzmiqrantları daşıyan qayığı saxlaması nəticəsində ölənlərin sayı14-ə çatıb, 24 nəfər yaralı vəziyyətdə xəstəxanayayerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Yunanıstanın "ERT-news"televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Xios adasındakı Mirsinidio çimərliyiyaxınlığında sahil mühafizə gəmisi ilə qanunsuz miqrantları daşıyansürət qayığı arasında insident baş verib. Son məlumatlara görə, 14nəfər ölüb, 24 nəfər yaralanıb.

Sahil mühafizəsinin iki əməkdaşı, eləcə də yeddi uşaq və birhamilə qadın da daxil olmaqla 22 yaralı miqrant xəstəxanayaaparılıb.

İtkin düşmüş şəxslərin olması barədə məlumatların olduğu üçünSahil Mühafizəsi və Hərbi Hava Qüvvələrinin iştirakı iləaxtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Chosen
45
az.trend.az

1Sources