EN

Tramp: ABŞ və İran rəsmilərinin görüşü ilə bağlı planlar qüvvədə qalır

BAKI, 4 fevral. TELEQRAF

ABŞ və İran rəsmiləri arasında görüşün keçirilməsi planları qüvvədədir, tərəflər hazırda məsləhətləşmələr aparır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Onlar nəyəsə nail olmaq istəyirlər. Görək, bu baş tutacaqmı”, - deyə Tramp İran tərəfinin razılaşma əldə etmək niyyətinə toxunub.

Prezident xatırladıb ki, bir müddət əvvəl Tehran üçün fürsət mövcud olub, lakin bundan istifadə edilməyib.

“Bu baş vermədi və biz İrana qarşı ‘Gecəyarısı çəkici’ adlı hərbi əməliyyatı həyata keçirdik. Düşünmürəm ki, onlar bunun təkrarlanmasını istəsinlər. Onlar danışıqlar aparmaq istəyirlər”, - Tramp vurğulayıb.

ABŞ lideri hazırda İranla danışıqların getdiyini də təsdiqləyib, lakin tərəflər arasında görüşün harada keçiriləcəyini dəqiqləşdirməyib.

Chosen
32
teleqraf.com

1Sources