EN

Daha biri gəldi - RƏSMİ

I Liqada mübarizə aparan "Mingəçevir" daha bir futbolçu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Elçin Mustafayevi heyətinə cəlb edib. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Futbolçu ötən mövsüm "Araz Naxçıvan"da çıxış edib.

"Mingəçevir" hazırda 1-ci liqada 21 xalla 4-cüdür.

"Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli Qabil Əlizadən və Bahadur Həziyevi transfer edib.

Chosen
19
sportinfo.az

1Sources