EN

Tənbəllik GENETİKDİR – Yeni ARAŞDIRMA – FOTO

Tənbəllik vərdiş deyil, irsi xüsusiyyətdir.

İnterpress.az xəbər verir ki, bu barədə Çinli tədqiqatçılar məlumat yayıb.

Alimlər tənbəlliyin və işləri sonraya saxlama (prokrastinasiya) vərdişinin irsi olaraq keçdiyini müəyyən ediblər.

Çinli tədqiqatçıların gəldiyi qənaətə görə, prokrastinasiya halları 47% nisbətində valideynlərdən övladlara ötürülə bilər.

Tədqiqat göstərir ki, “tənbəl” insanlarda motivasiya və həzz sistemi fərqli çalışır.

Belə ki, onlarda fəallığa və hərəkətə keçməyə cavabdeh olan maddələrin — dopamin və serotonin mübadiləsi pozulur.

Bu pozuntu birbaşa olaraq işləri təxirə salma meylinə təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
65
interpress.az

1Sources