EN

“O, tarixin ən böyük fırıldaqçısıdır”

Amerikalı ağırçəkili boksçu Deontey Uaylder (44-4-1, 43 KO) ringdəki keçmiş rəqibi Tayson Fyurini (34-2-1, 24 KO) fırıldaqçılıqda ittiham edib.

Publika.az xəbər verir ki, Keçmiş dünya çempionu bu barədə “Ring Magazine”-in “YouTube” kanalında yayımlanan verilişdə danışıb.

“Bronz bombardmançı”nın fikrincə, trilogiyanın ilk iki döyüşündə ondan qələbə oğurlanıb. Üstəlik, Uaylder Fyurinin fırıldaqçılığına dair sübutların yer aldığı ifşaedici film hazırladığını da bildirib.

“O, heç nə qazanmayıb. Qələbələri ona sadəcə veriblər. Üçüncü döyüş barədə danışa bilmərəm, amma ilk iki döyüşdə o, dəqiq şəkildə fırıldaq edib. Əlimdə sübutlar var. Sənədli filmimi yayımlayanda bütün məlumatlar orada olacaq. İnsanları gətirəcəyəm, faktları göstərəcəyəm, bildiyim hər şeyi ortaya qoyacağam. Sizcə, niyə o indi Amerikaya qayıda bilmir? Bu adam fırıldaq edib. O, boks tarixinin ən böyük fırıldaqçısıdır”, – deyə Uaylder bildirib.

Xatırladaq ki, Uaylder və Fyuri üç dəfə üz-üzə gəlib. 2018-ci ildə keçirilən və amerikalı boksçunun favorit olduğu ilk döyüş heç-heçə ilə başa çatıb. 12-ci raundda Deontey Taysonu ağır nokdauna göndərmişdi. “Çingene kralı” son saniyədə möcüzəvi şəkildə ayağa qalxaraq döyüşü sona qədər davam etdirə bilmişdi.

Chosen
32
publika.az

1Sources