EN

Premyer Liqa sevdası ilə yaşayan klubdan 5-ci transfer

I Liqa təmsilçilərindən "Mingəçevir" növbəti transferini həyata keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Mingəçevir" Bahadur Həziyevi heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

B.Həziyev karyerası ərzində "Şamaxı", "Səbail" və MOİK-in də formasını geyinib.

"Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli və Qabil Əlizadəni transfer edib.

Chosen
18
48
sportinfo.az

10Sources