Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və sahibkar CaredKuşner fevralın 4-də Əbu-Dabidə (BƏƏ) Rusiya və Ukrayna ilə Ukraynaböhranının həlli ilə bağlı danışıqlarda iştirak edəcəklər.
Trend-inməlumatına görə, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibiKerolayn Livitt bildirib.
"Buna görə də, xüsusi elçi Uitkoff və Cared Kuşner sabahüçtərəfli danışıqların növbəti mərhələsi üçün Əbu-Dabidəolacaqlar", - deyə o bildirib.
Livitt əlavə edib ki, bu formatda əvvəlki görüş "tarixi xarakterdaşıyırdı".