
Liviyanın Baş Prokurorluğu ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qətlini təhqiq etmək məqsədilə xüsusi komissiya formalaşdırıb.
AFN.az-ın məlumatına görə, bu barədə "Libya al-Ahrar" telekanalı xəbər yayıb.
Mənbələrin verdiyi məlumata əsasən, komissiya üzvləri zəruri istintaq tədbirlərini həyata keçirmək üçün yaxın vaxtlarda Ez-Zintan şəhərinə yola düşəcəklər.
"Al Hadath" telekanalı isə bildirib ki, Seyf əl-İslamın ofisi baş verənləri siyasi qətl kimi qiymətləndirib. Qəddafinin oğlunun nümayəndələri hadisə ilə bağlı tam şəffaf araşdırmanın aparılmasını tələb ediblər.