EN

Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb

Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın öz evinin həyətində təşkil olunmuş sui-qəsd nəticəsində öldürüldüyü iddia edilir.

AFN.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qəddafi ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, əl-İslam iqamətgahının bağçasında olarkən ölümcül yaralanıb. Hadisəni törədən dörd nəfərin ərazidən qaçdığı bildirilir. "Al Jazeera" telekanalı isə sui-qəsddən dərhal əvvəl evdəki bütün müşahidə kameralarının sıradan çıxarıldığını iddia edir.

Məsələ ilə bağlı ziddiyyətli məlumatlar da mövcuddur. Liviyanın Milli Birlik Hökumətinə (Tripoli) tabe olan "444-cü döyüş briqadası" Qəddafinin oğlunun sui-qəsd nəticəsində deyil, silahlı toqquşmalar zamanı öldürüldüyünü bəyan edib. Briqada hadisədə hər hansı iştirakının olmadığını bildirib.

"Libya al-Ahrar" telekanalının məlumatına görə isə hadisə ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində baş verib. Milli Birlik Hökumətinin rəsmiləri hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyiblər.

Chosen
30
afn.az

1Sources